Maks Ferstappen simulyatorda rekorda imza atıb

Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də keçiriləcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Yanvar 2019, 15:54

“Formula 1” üzrə dünya çempionatının iştirakçısı Avstriyanın “Red Bull” komandasının pilotu Maks Ferstappen “iRacing” simulyatorunda rekorda imza atıb.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, “Redline” kiberidman komandasından çıxış edən 22 yaşlı hollandiyalı pilot “Formula 3” bolidi ilə “Şarlott Motor Siduey” trassından 1:04.436 nəticəyə imza atıb. Bu isə rekord göstəricidir.

 

Qeyd edək ki, “Formula 1” üzrə 2019-cu il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də keçiriləcək.