“Qalatasaray”ın ilk rəsmi transferi

İstanbul təmsilçisi cinah müdafiəçisi Emre Taşdemiri heyətinə qatıb. 24 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilin iyun ayına kimi nəzərdə tutulub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Yanvar 2019, 16:19

Türkiyənin "Qalatasaray" klubu yeni transferini açıqlayıb.

 

İnterAz klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi cinah müdafiəçisi Emre Taşdemiri heyətinə qatıb. 24 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilin iyun ayına kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, son olaraq "Bursaspor"da oynayan E.Taşdemir 4 dəfə Türkiyə milli komandasının da formasını geyinib.