UEFA "Qəbələ"yə daha 25 min avro ödəyib

Səyahət və yerləşmə ödənişi olaraq 25 000 avro vəsait UEFA-dan AFFA-nın vasitəçiliyi ilə köçürülüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Yanvar 2019, 18:00

UEFA 2018/2019 mövsümündə Gənclər Liqasında çıxış etmiş "Qəbələ" klubuna II mərhələdə iştirakı qarşılığında ödəniş edib. 

 

İnterAz-ın məlumatına görə, bu addım Avropa futbol qurumunun ödəniş siyasətinə uyğun atılıb. Səyahət və yerləşmə ödənişi olaraq 25 000 avro vəsait UEFA-dan AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

 

Qeyd edək ki, "Qəbələ" Gənclər Liqasının II mərhələsində Almaniya "Herta"sına iki  oyunun yekununda 1:3 və 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.