“Barselona” da məğlub olub

"Barselona" İspaniya Kubokunun 1/8 finalında "Levante"yə məğlub olub

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 08:47

Futbol üzrə İspaniya Kubokunun 1/8 final matçında ikinci heyətlə oynayan "Barselona" səfərdə "Levante"yə 1:2 hesabı ilə məğlub olub.

 

İnterAz xəbər verir ki, hesabı 4-cü dəqiqədə ev sahiblərinin uruqvaylı müdafiəçisi Erik Kabako açıb.

 

Birinci hissənin ortalarında Borxa Mayoral Valensiya komandasının üstünlüyünü artırıb – 2:0. Qonaqlar matçın sonlarında Filippe Koutinyonun penaltidən vurduğu qol sayəsidə hesabdakı fərqi azaldıblar.

 

Komandalar arasında cavab qarşılaşması yanvarın 17-də keçiriləcək.

 

"Barselona" turnirin hazırkı qalibidir. Onlar ötən il finalda "Sevilya"nı 5:0 hesabı ilə darmadağın ediblər.