Tanınmış şahmatçı Vüqar Həşimovun vəfatından 5 il ötür

2016-cı ildə Bakıda onun adını daşıyan Şahmat Akademiyası fəaliyyətə başlayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 09:24

Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun vəfatından 5 il ötür.

 

İnterAz-ın məlumatına görə, Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.

 

1995, 1996, 1998-ci illərdə Azərbaycan çempionu olub. 2002-ci ildə qrossmeyster ünvanı alıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb.

 

V.Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 14 yanvarda III Fəxri Xiyabanda dəfn edilib.

 

Qeyd edək ki, 2014-cü ildən etibarən hər il Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilir.

 

2016-cı ildə Bakıda onun adını daşıyan Şahmat Akademiyası fəaliyyətə başlayıb.