Azərbaycan 21 yaşadək futbolçulardan ibarət milli komandasına baş məşqçi təyin olunub

Təyinat AFFA Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun həyata keçirilib

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 16:47

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında baş məqşçi təyinatı gerçəkləşib. 

 

İnterAz-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə Milan Obradoviçə həvalə olunub. Təyinat AFFA Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun həyata keçirilib. 

 

Qeyd edək ki, Milan Obradoviç 3 avqust 1977-ci ildə keçmiş Yuqoslaviyada anadan olub.