Hacı Əliyev rəqibini döşəyə çıxmağa peşman edib

Onun kapitanı olduğu “Yodha” komandası II turda bu dəfə “Mumbay Maharathi”ni 4:3 hesabı ilə məğlub edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Yanvar 2019, 10:37

Sərbəst güləş üzrə Hindistan Pro Liqasında üçqat dünya çempionumuz Hacı Əliyev ikinci qələbəsini qazanıb.

 

İnterAz xəbər verir ki, onun kapitanı olduğu “Yodha” komandası II turda bu dəfə “Mumbay Maharathi”ni 4:3 hesabı ilə məğlub edib.

 

Hacı Əliyev (-65 kq) yerli idmançı Harful Culianı asanlıqla yenib – 7:0. Xatırladaq ki, o, ilk görüşündə də rəqibinə yeddi xallıq fərqlə qalib gəlmişdi.