"Brent" markalı neftin qiyməti 62 dolları ötüb

"Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçerslərinin dəyəri 0,27 dollar bahalaşaraq bir barel üçün 62,85 dollara çatıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2019, 08:42

Bazar ertəsi Londonun "ICE Futures" xammal birjasında keçirilən hərracların nəticəsində neftin qiyməti qalxıb.

 

İnterAz xəbər verir ki, "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçerslərinin dəyəri 0,27 dollar bahalaşaraq bir barel üçün 62,85 dollara çatıb.

 

Yanvarın 21-də ABŞ-da Martin Lüter Kinq Günü milli bayramı münasibəti ilə əlaqədar Nyu-Yorkun NYMEX əmtəə birjasında hərrac keçirilməyib.