Kriştiano Ronaldo vergi cinayətinə yol verdiyini boynuna alıb

Ronaldo 18 milyon avrodan çox cərimə ödəyəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2019, 14:50

“Yuventus”un ulduzu Kriştiano Ronaldonun məhkəməsi keçirilib.

 

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, vergidən yayınmaqda ittiham olunan futbolçunun cəzası bəlli olub. 

 

Kriştiano Madriddə baş tutan məhkəmədə 18,8 milyon avroluq vergi pulunu ödəməyə razılıq verib. 

 

Ona həmçinin 23 aylıq həbs cəzası verilib. Həbsin müddəti 2 ildən az olduğundan Ronaldo şərti azadlıqda olacaq.