"Qalatasaray" "Trabzonspor"u məğlub edib

Rəqibinə 3:1 hesabı ilə qalib gələn İstanbul klubu 2-ci pillədəki yerini qoruyub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 09:07

Türkiyə Superliqasında 21-ci turun daha 3 oyunu keçirilib.

 

İnterAz-ın məlumatına görə, günün ilk qarşılaşmasında "Konyaspor" və "Malatyaspor" komandaları üz-üzə gəliblər. Görüşdə qalib müəyyənləşməyib - 1:1. "Göztəpə" - "Alanyaspor" matçında isə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

 

Turun mərkəzi oyununda isə "Qalatasaray" doğma azarkeşləri önündə "Trabzonspor"u qonaq edib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn İstanbul klubu 2-ci pillədəki yerini qoruyub. Hazırda "sarı-qırmızılılar"ın ehtiyatında 39 xal var.

 

Turnir cədvəlinə isə 45 xalla "Başakşəhər" başçılıq edir. "Beşiktaş" 36 xalla 3-cü, "Trabzonpor" isə 33 xalla 5-cidir.

 

Qeyd edək ki, tura bu gün yekun vurulacaq.

 

Türkiyə Superliqası, 21-ci tur

 

10 fevral

 

"Konyaspor" - "Malatyaspor" - 1:1

 

Qollar: D. Aleksiç, 74 (0:1), Adis Yahoviç, 85-pen.

 

"Göztəpə" - "Alanyaspor" - 3:2

 

Qollar: D. Kadah, 21 (1:0), Ç.Borqes, 32 (2:0), G. Tsavellaz, 43 (2:1), P. Sisse, 75 (2:2), N. Cilas, 90 (3:2)

 

"Qalatasaray" - "Trabzonspor" - 3:1

 

Qollar: M. Dian, 21-pen. (1:0), H. Rodalyeqa, 30 (1:1), Y. Belhanda, 45 (2:1), 51 (3:1)

 

11 fevral

 

"Ankaragücü" - "Kasımpaşa"

 

"Sivasspor" - "Akhisar"