“Paris Sen-Jermen”in daha bir hücumçusu sıradan çıxıb

Hücumçu cari mövsümdə 26 oyunda 22 dəfə fərqlənib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 13:39

“Paris Sen-Jermen” futbol klubu daha bir itki ilə üzləşib.

 

İnterAz klubun saytına istinadla xəbər verir ki, komandanın 31 yaşlı uruqvaylı hücumçusu Edinson Kavani “Bordo” ilə matçın 46-cı dəqiqəsində zədələndiyi üçün Kilian Mbappe ilə əvəzlənib. E.Kavaninin fevralın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində İngiltərənin “Mançester Yunayted” klubu ilə görüşdə iştirak edib-etməyəcəyi sual altındadır.

 

Hücumçu cari mövsümdə 26 oyunda 22 dəfə fərqlənib. O, 2013-cü ildə “Napoli” klubundan Paris təmsilçisinə transfer olunub.

 

Qeyd edək ki, “Paris Sen-Jermen”in digər hücumçusu Neymar yanvarın 23-də Fransa Kubokunun onaltıdabir final mərhələsində “Strasburq” klubu ilə görüşdə zədələndiyi üçün bir neçə həftə yaşıl meydandan kənarda qalacaq.