Beynəlxalq uşaq şahmat festivalı başa çatıb

Uşaq və yeniyetmə şahmatçılar arasında keçirilən “Ağappaq qar” beynəlxalq festivalına yekun vurulub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 15:40

Uşaq və yeniyetmə şahmatçılar arasında keçirilən “Ağappaq qar” beynəlxalq festivalına yekun vurulub.

 

İnterAz xəbər verir ki, Vüqar Həşimov Şahmat Akademiyasında keçirilən və 9 turdan ibarət olan turnirdə 7,5 xal yığan Fərid Cəfərzadə birinci yeri tutub. Nihad Kərimov (7 xal), Uğur Qurbanlı (6,5 xal), Rövnəq Əhmədov və İmran Kəbirlinski (hərəyə 6 xal) sonrakı pillələrdə qərarlaşıblar.

 

Fevralın 8-də start götürən növbəti beynəlxalq şahmat festivalı isə fevralın 16-da başa çatacaq.