"Yuventus" Aaron Remzi ilə müqavilə bağlayıb

İyirmi səkkiz yaşlı yarımmüdafiəçi cari mövsümdə İngiltərə klubunda milli çempionatda 22 oyun keçirib və iki qol vurmaqla yanaşı, 6 məhsuldar ötürmə edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 08:45

“Yuventus” “Arsenal”ın futbolçusu heyətinə qatıb.

 

İnterAz klubun saytına istinadən xəbər verir ki, Turin təmsilçisi Aaron Remzi ilə 4 illik müqavilə imzalayıb.

 

O, həftəlik 400 min funt-sterlinq, 4 il ərzində ümumilikdə 83,2 milyon funt-sterlinq qazanacaq. Bununla da ən bahalı britaniyalı futbolçu ünvanını əldə edəcək.

 

Remzi iyulun 1-də - “Arsenal”la müqaviləsi başa çatdıqdan sonra Turin klubunun futbolçusu olacaq.

 

Qeyd edək ki, 2008-ci ildən London klubunda çıxış edən 28 yaşlı futbolçu 259 oyunda 61 qol vurub. O, Uels millisinin heyətində isə 58 oyunda 14 qola imza atıb.