Tehranda keçirilən 27-ci “Fəcr kuboku” şahmat festivalına yekun vurulub

Turnirin “B" qrupunda çıxış edən şahmatçılarımız uğur qazana bilməyiblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 11:12

Tehranda keçirilən 27-ci “Fəcr kuboku” şahmat festivalına yekun vurulub.

 

İnterAz xəbər verir ki, Azərbaycan təmsilçisi Azər Mirzəyev festivalın “Masters” turnirində 9 turdan 6 xal toplayaraq yarışı 17-ci pillədə başa vurub. Festivalın qalibi 7,5 xal toplayan İran təmsilçisi Alirza Firuca olub.

 

Turnirin “B" qrupunda çıxış edən şahmatçılarımız uğur qazana bilməyiblər.