“Qalatasaray” da Avroliqada çıxışını dayandırıb

İlk matçda öz meydanında “Benfika”ya 1:2 hesabı ilə məğlub olan “Cimbom” səfərdə 0:0 hesablı bərabərliyə razı olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Fevral 2019, 08:51

UEFA Avropa Liqasının 1/16 final mərhələsi Türkiyə klubları üçün uğursuz olub.

 

İnterAz xəbər verir ki, “Fənərbaxça”dan sonra “Qalatasaray” da yoluna davam edə bilməyib.

 

İlk matçda öz meydanında “Benfika”ya 1:2 hesabı ilə məğlub olan “Cimbom” səfərdə 0:0 hesablı bərabərliyə razı olub. Beləliklə, növbəti mərhələyə “Benfika” yüksəlib.