Qurban Qurbanovun oğlu dubl edib

Qonaq komandanın təsəlli qoluna 77-ci dəqiqədə Azər İsmayılov imza atıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Fevral 2019, 10:33

Futbol üzrə Azərbaycan birinci divizionunun XVI turunun növbəti oyunu keçirilib.

 

İnterAz-ın xəbərinə görə, “Qarabağ-2” klubu öz meydanında “Şüvəlan”ı qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

 

“Qarabağ-2”nin heyətində hesabı 27-ci dəqiqədə İsmayıl İbrahimli açıb.

 

Daha sonra Qurban Qurbanovun oğlu Musa Qurbanlı dubl edib. M.Qurbanlı 59 və 72-ci dəqiqələrdə fərqlənib. Ona ilk qolun ötürməsini konqolu Dzon Delarj verib.

 

Qonaq komandanın təsəlli qoluna 77-ci dəqiqədə Azər İsmayılov imza atıb.