DÇ-2014-ün Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb
Portuqaliya İsveçə, Ukrayna Fransaya rəqib oldu
Bakı, Tural Səftərov, Vüsal Nəbiyev, İnteraz - 22 Oktyabr 2013, 11:55
DÇ-2014-ün Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.İnterAz-ın məlumatına görə, FİFA-nın Sürixdəki mənzil-qərargahında atılan püşkdə Braziliyada keçiriləcək mundiala 4 vəsiqənin sahibinin müəyyənləşəcəyi cütlər müəyyənləşib.
Portuqaliya - İsveç
Ukrayna - Fransa
Yunanıstan - Rumıniya
İslandiya - Xorvatiya
Pley-off oyunları isə noyabrın 15-də və 19-da baş tutacaq.