Ronaldo və Messi ÇL-də həftənin ən yaxşı oyunçuları siyahısına düşüblər

Ronaldo "Atletiko" ilə matçda "het-trik"ini rəsmiləşdirib, Messi karyerasında ilk dəfə "Lion"la oyunda "dubl" və iki səmərəli ötürmə ilə yadda qalıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 09:20

UEFA özünün rəsmi saytında Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına iddialı dörd futbolçudan ibarət siyahını yerləşdirib.

 

İnterAz xəbər verir ki, mükafata iddialılar İtaliya "Yuventus"unun hücumçusu Kriştiano Ronaldo, İspaniya "Barselona"sının qolçusu Lionel Messi, İngiltərənin "Mançester Siti" komandasının yarımmüdafiəçisi Leroy Sane və İngiltərə "Liverpul"unun forvardı Sadio Manedir.

 

Ronaldo "Atletiko" ilə matçda "het-trik"ini rəsmiləşdirib, Messi karyerasında ilk dəfə "Lion"la oyunda "dubl" və iki səmərəli ötürmə ilə yadda qalıb. Manenin hesabında "Bavariya"nın qapısına 2 qol, Sanenin aktivində isə "Şalke" ilə oyunda dəqiq zərbə və məhsuldar ötürmə "het-trik"i var.