Azərbaycanın şahmat millisi dünya çempionatını qələbə ilə başa vurub

Yığmanın heyətindəki Qədir Hüseynov rəqibini məğlub edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 13:23

Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə komandalararası dünya çempionatında son turun görüşləri keçirilir.

 

İnterAz-ın məlumatına görə, kişilərin yarışında mübarizə aparan Azərbaycan millisi IX turda Misirlə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.

 

Yığmanın heyətindəki Qədir Hüseynov rəqibini məğlub edib. Digər şahmatçılar görüşlərini heç-heçə ilə başa vurub.

 

8 turdan sonra turnir cədvəlinə 14 xalla başçılıq edən Rusiya millisi vaxtından əvvəl dünya çempionluğunu təmin edib.

 

8-ci xalını qazanan Azərbaycan yığması isə hələlik mundialda İranla 6-7-ci yerləri bölüşdürür. Qonşu ölkənin ABŞ-la oyunu davam edir. Hələlik Rusiya - Hindistan, İngiltərə - İsveç, Qazaxıstan - Çin görüşləri də başa çatmayıb.

 

Dünya çempionatı, IX tur

 

Azərbaycan - Misir - 2,5:1,5

 

Arkadi Naydiç - Bassem Amin - 0,5:0,5

 

Rauf Məmmədov - Əhməd Ədli - 0,5:0,5

 

Qədir Hüseynov - Adam Fevzi - 1:0

 

Eltac Səfərli - Abdulrəhman Heşam - 0,5:0,5