Bu gün UEFA Çempionlar Liqasında növbəti turun oyunları keçiriləcək

Qrup mərhələsinin III turunun qarşılaşmaları E, F, G və H qruplarındakı görüşlərlə start götürəcək

Bakı, Tural Səftərov, Vüsal Nəbiyev, İnteraz - 22 Oktyabr 2013, 12:33

Bu gün Çempionlar Liqasında növbəti turun oyunları keçiriləcək. İnterAz-ın məlumatına görə, 3 həftəlik fasilədən sonra  bütün qitənin diqqəti ən güclü 32 kluba yönələcək. Qrup mərhələsinin III turunun qarşılaşmaları E, F, G və H qruplarındakı görüşlərlə start götürəcək.

Turun ilk gününün ən maraq doğuran qarşılaşması Milanda baş tutacaq. “Milan” və “Barselona”nın qarşılaşması həm də dövrənin qalibini müəyyənləşdirəcək. İlk 2 turda məğlub olmayan hər 2 komandanın dueli həm də liderlərin matçıdır.

E və F qruplarında da turnir cədvəlinin ilk 2 pilləsindəki komandalar üz-üzə gələcək. Lakin müvafiq olaraq, “Şalke” ilə “Arsenal”ın qonağı olacaq “Çelsi” ilə “Borussiya” hərəyə 1 dəfə uduzublar.

 

Digər keçiriləcək oyunlar isə bunlardir:

 

"Styaua" (Rumıniya) - "Bazel" (İsveçrə)
"Marsel" (Fransa) - "Napoli" (İtaliya)
"Porto" (Portuqaliya) - "Zenit" (Rusiya)
"Austriya" (Avstriya) - "Atletiko" (İspaniya)
"Seltik" (Şotlandiya) - "Ayaks" (Hollandiya)

 

Oyunlar Bakı vaxtilə saat 23:45-də yayımlanacaq.

 

Qeyd edək ki, Çempionlar Liqasında III tura sabah A, B, C və D qruplarında keçiriləcək oyunlarla yekun vurulacaq.