Azərbaycanın FIFA hakimləri beynəlxalq oyunlara təyinat alıblar

Oyunlar martın 26-dan 31-dək Bosniya və Herseqovinada keçiriləcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Mart 2019, 16:50

Azərbaycanın FIFA hakimləri beynəlxalq oyunlara təyinat alıblar.

 

İnterAz milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, onlar 4 fərqli turnirdə iş başında olacaqlar.

 

U-17 (qızlar) AÇ-nin elit-raund mərhələsi

 

İngiltərə, Gürcüstan, Yunanıstan, Macarıstan

 

Hakimlər: Yuliya Qurbanova, Gülyana Özcan

 

Oyunlar martın 21-dən 27-dək Macarıstanda keçiriləcək.

 

U-17 AÇ-nin elit-raund mərhələsi

 

Belçika, Norveç, Bosniya və Herseqovina, Macarıstan

 

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov

 

Oyunlar martın 26-dan aprelin 1-dək Macarıstanda keçiriləcək.

 

U-17 AÇ-nin elit-raund mərhələsi

 

İsrail, Çexiya, Niderland, Şimali İrlandiya

 

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli

 

Oyunlar martın 20-dən 26-dək Niderlandda keçiriləcək.

 

U-19 (futzal) AÇ-nin əsas mərhələsi

 

Portuqaliya, Moldova, Bosniya və Herseqovina, Serbiya

 

Hakim: Hikmət Qafarlı

 

Oyunlar martın 26-dan 31-dək Bosniya və Herseqovinada keçiriləcək.