Tarixin ən yaxşı futbol məşqçilərinin reytinqi açıqlanıb

Şotlandiyalı Aleks Ferqyuson ikinci sıradadır

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 19 Mart 2019, 10:35

Fransanın “France Football” nəşri tarixin ən yaxşı futbol məşqçilərinin siyahısını açıqlayıb.

 

İnterAz xəbər verir ki, reytinqə hollandiyalı Rinus Mixels başçılıq edir. Şotlandiyalı Aleks Ferqyuson ikinci sıradadır. “Üçlüy”ü italiyalı Ariqo Sakki qapayır.

 

İlk “onluq”da həmçinin hollandiyalı Yohan Kroyff, ispaniyalı Xosep Qvardiola, ukraynalı Valeri Lobanovski, fransalı Elenio Errera, italiyalı Karlo Ançelotti, avstriyalı Ernst Happel və şotlandiyalı Bill Şenkli yer alıb.