Luka Modriç: İlk xəbərdarlığı Azərbaycandan almışdıq

Hazırda E qrupunda Slovakiya, Uels, Macarıstan və Xorvatiyanın 3 xalı var

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 25 Mart 2019, 11:50

“Bu məğlubiyyəti gözləmirdik. İlk xəbərdarlığı Azərbaycandan almışdıq. Amma həmin görüşdə necəsə nəticəni təmin edə bildik. Ancaq bu dəfə bizim üçün yeni şok oldu”.

 

İnterAz xəbər verir ki, bunu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə birgə E qrupunda yer alan Xorvatiya yığmasının kapitanı Luka Modriç səfərdə Macarıstan kollektivinə 1:2 hesabı ilə uduzduqları oyundan sonra söyləyib.

 

İspaniyanın “Real Madrid” klubunun formasını geyinən 34 yaşlı yarımmüdafiəçi oyunlarını düzəltməli olduqlarını söyləyib: “Qələbələri unutmaq lazımdır. Uğurları bayram etmək üçün elə çox vaxtımız yoxdur Bütün rəqiblər bizə qarşı yaxşı köklənir və hər biri problem yarada bilər. Bu son iki matçdakından daha yaxşı olmalıyıq. Rəqinim müdafiə xəttini yarmaq üçün daha sürətli olmalıyıq. Azərbaycanla görüşdə bunu bacarsaq da, bu gün alınmadı”.

 

Qeyd edək ki, Xorvatiya yığması ilk turda Azərbaycan millisini 2:1 hesabı ilə məğlub edib. Hazırda E qrupunda Slovakiya, Uels, Macarıstan və Xorvatiyanın 3 xalı var.