Azərbaycan güləşçisi Avropa çempionu olub

Həkimlər idmançının yarımfinalda aldığı zədəyə həlledici görüşə çıxmasına icazə verməyiblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Aprel 2019, 15:59

Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

 

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, buna səbəb 79 kq çəki dərəcəsindəki təcrübəli pəhləvanın finalda güləşəcəyi rəqibi Rusiya təmsilçisi Ahmed Hacımaqomedovun zədəli olmasıdır. 

 

Həkimlər idmançının yarımfinalda aldığı zədəyə həlledici görüşə çıxmasına icazə verməyiblər.