Azərbaycanlı samboçu erməniyə qalib gəlib

Azərbaycan dörd bürünc medal qazanıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Aprel 2019, 15:32

Kiprin Limasol şəhərində keçirilən sambo üzrə yeniyetmə və gənclərin Avropa çempionatı başa çatıb.

 

İnterAz-ın xəbərinə görə, Azərbaycan dörd bürünc medal qazanıb.

 

Belə ki, yeniyetmələrdə Vilayət Bayramov (-62 kq), Mehman Mehdizadə (-57 kq), gənclərdə isə Sahib Babayev (-48 kq) və Toğrul Salmanov (+87 kq) üçüncü yerə çıxıb.

 

Azərbaycan samboçularından Röyal Rüstəmov (-65 kq) medal qazana bilməsə də, 1/4 finalda Ermənistan idmançısı Arsen Avedisyana 2:0 hesabı ilə qalib gəlib.

 

Həmin görüşün videosunu təqdim edirik: