Əliyar Ağayev liderlə autsayderin oyununu idarə edəcək

Lider "Qarabağ"la son sıradakı "Keşlə"nin dueli FIFA referisi Əliyar Ağayevə həvalə olunub...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Aprel 2019, 15:50

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun oyunları üçün təyinatlar açıqlanıb.

 

İnterAz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, lider "Qarabağ"la son sıradakı "Keşlə"nin dueli FIFA referisi Əliyar Ağayevə həvalə olunub.

 

18 aprel (cümə axşamı)

 

16:45. “Sumqayıt” – “Səbail”

 

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu

 

Hakim-inspektor: Feyzulla Feyzullayev

 

AFFA nümayəndəsi: Elbrus Abbasov

 

“Kapital Bank Arena”

 

19:00. “Qarabağ” – “Keşlə”

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

 

Hakim-inspektor: Fazil Mürşüdov

 

AFFA nümayəndəsi: Ramiz Mustafayev

 

Tofiq Bəhramov adına Respublika Stadionu

 

19 aprel (cümə)

 

18:30. “Sabah” – “Neftçi”

 

Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov

 

Hakim-inspektor: Şahin Cəfərov

 

AFFA nümayəndəsi: Seymur Səlimli

 

“Əlincə Arena”

 

16:00. “Qəbələ” – “Zirə”

 

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov

 

Hakim-inspektor: Zöhrab Qədiyev

 

AFFA nümayəndəsi: Mübariz Hüseynov

 

Qəbələ şəhər stadionu