“Formula 1”: Azərbaycan Qran-prisi üçün pilotların çempionluq əmsalları açıqlanıb

Ümumilikdə 12 pilotun qələbə əmsalı 1000 olaraq təyin edilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Aprel 2019, 16:52

“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün pilotların çempionluq əmsalları açıqlanıb.

 

İnterAz-ın məlumatına görə, bukmeykerlər yarışın favoriti qismində Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemiltonla İtaliya “Ferrari”sindən Sebastyan Fetteli görürlər. Hər iki sürücünün qələbə əmsalı 2,875-dir.

 

“Mercedes”dən Valtteri Bottas və ya “Ferrari”dən Şarl Leklerə qoyuluş edənlər öz pullarının 4 mislini əldə edə bilərlər. 2017-ci ildə Bakıda baş tutmuş yarışda rəqiblərini qabaqlayan Daniel Rikkardonun qalibiyyət əmsalı isə həddindən artıq böyükdür – 501. Buna səbəb avstraliyalı pilotun Avstriya “Red Bull”unu nisbətən zəif bolidə sahib Fransa “Renault”una dəyişməsidir.

 

Ümumilikdə 12 pilotun qələbə əmsalı 1000 olaraq təyin edilib.

 

Pilotların qələbə əmsalları

 

Lüis Hemilton (“Mercedes”) – 2,875

 

Sebastyan Fettel (“Ferrari”) – 2,875

 

Valtteri Bottas (“Mercedes”) – 4

 

Şarl Lekler (“Ferrari”) – 4

 

Maks Ferstappen (“Red Bull”) – 26

 

Pyer Qasli (“Red Bull”) - 101

 

Daniel Rikkardo (“Renault”) – 501

 

Niko Hülkenberq (“Renault”) – 501

 

Kimi Raykkonen (“Sauber”) – 1000

 

Kevin Maqnussen (“Haas”) – 1000

 

Roman Qrojan (“Haas”) – 1000

 

Karlos Sayns (“McLaren”) – 1000

 

Daniil Kvyat (“Toro Rosso”) – 1000

 

Aleksandr Albon (“Toro Rosso”) – 1000

 

Lando Norris (“McLaren”) – 1000

 

Serxio Peres (“Racing Point”) – 1000

 

Lens Stroll (“Racing Point”) – 1000

 

Antonio Covinatsi (“Sauber”) – 1000

 

Corc Rassell (“Williams”) – 1000

 

Robert Kubitsa (“Williams”) – 1000

 

Qeyd edək ki, bukmeykerlər Lüis Hemiltonu mövsümün aşkar favoriti hesab edirlər. Britaniyalı beşqat dünya çempionunun qələbə əmsalı 1,80-dir. Şarl Leklerdə bu göstərici 4,00, Sebastyan Fetteldə 4,33, Valtteri Bottasda isə 13,00 olaraq təyin olunub.

 

Azərbaycanda 4-cü dəfə təşkil olunacaq “Formula 1” yarışında əvvəlcə “Mercedes”in almaniyalı pilotu Niko Rosberq qalib gəlib. Ardınca isə Daniel Rikkardo və Lüis Hemilton rəqiblərini qabaqlayıb.