FIFA-nın prezidenti “Qarabağ”ı təbrik edib

C. İnfantino məktubunda beynəlxalq futbol ictimaiyyəti adından “Qarabağ”ı təbrik edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 14 May 2019, 15:10

FIFA-nın prezidenti Canni İnfantino “Qarabağ” klubunu Azərbaycan Premyer Liqasının 2018/2019-cu il mövsümünün qalibi olması, ardıcıl 6-cı dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.

 

İnterAz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurum rəhbərinin bu barədə milli assosiasiyanın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda bildirilir.

 

C. İnfantino məktubunda beynəlxalq futbol ictimaiyyəti adından “Qarabağ”ı təbrik edib.