Ronaldo fələstinlilərə Ramazan hədiyyəsi edib

Portuqaliyalı ulduz önce də fələstinlilərə yardım göstərib...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 08:56

“Juventus”un futbolçusu Kriştiano Ronaldo Ramazan ayı münasibəti ilə fələstinlilərə 1,5 milyon dollar bağışlayıb. 

 

İnterAz “Yenisafak”a istinadən xəbər verir ki, məbləğ ehtiyacı olan müsəlmanlara yönəldiləcək. 

 

Portuqaliyalı ulduz önce də fələstinlilərə yardım göstərib. Belə ki, 2012-ci ildə “Qızıl butsu”nu xərraca çıxaran futbolçu, qazandığı 1,5 milyon avronu Qəza zolağında yerləşən məktəbə və onun şagirdlərinə hədiyyə edib.