“Real”ın Luka Yoviçin transferini gələn həftə açıqlayacaq

Serb futbolçunun keçidi 60 milyon avroya gerçəkləşir...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 16 May 2019, 09:50

Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Luka Yoviç karyerasını İspaniyada davam etdirəcək.

 

İnterAz-ın məlumatına görə, 21 yaşlı serbiyalı hücumçu Madridin “Real” klubuna keçir.

 

İspaniya təmsilçisi yeni transferini gələn həftə rəsmən açıqlayacaq. Bu, “Ayntraxt”ın Bundesliqadakı son oyunu ilə bağlıdır. L.Yoviç üçün “Bavariya” ilə mayın 18-dəki qarşılaşma Frankfurt təmsilçisində sonuncu matç olacaq.

 

Qeyd edək ki, serb futbolçunun keçidi 60 milyon avroya gerçəkləşir. Bu məbləğin 48 milyonu “Ayntraxt”a, 12 milyonu isə L.Yoviçin sabiq klubu olan Portuqaliya “Benfika”sına çatacaq.