Avropa Liqasında ilkin mərhələnin püşkü atılıb

I təsnifat mərhələsinə vəsiqələr uğrunda mübarizə aparacaq komandalar iyunun 27-də ilk oyunlarını keçirəcək...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyun 2019, 15:50

Bu gün Avropa Liqasında 2019/20 mövsümünün ilk püşkü atılıb.

 

İnterAz-ın məlumatına görə, ilkin mərhələdə mübarizə aparacaq 14 klub püşkatmada 7 cütlük təşkil edib.

 

I təsnifat mərhələsinə vəsiqələr uğrunda mübarizə aparacaq komandalar iyunun 27-də ilk oyunlarını keçirəcək.

 

Avropa Liqası

 

İlkin mərhələ

 

27 iyun / 4 iyul

 

“Progres” (Lüksemburq) - “Kardiff MU” (Uels)

 

“La Fiorita” (San-Marino) - “Enqordani” (Andorra)

 

“Sent Culiya” (Andorra) - “Europa” (Cəbəllütariq)

 

“Ballumena” (Şimali İrlandiya) - NSİ (Farer adaları)

 

“Priştina” (Kosovo) - “Sent Josefs” (Cəbəllütariq)

 

“Tre Fiori” (San-Marino) - “Klaksvik” (Farer adaları)

 

“Barri Taun” (Uels) - “Kliftonvill” (Şimali İrlandiya)