Azərbaycanın qaydasız döyüşçüləri ermənilərin "dərsini verib"

2 idmançımız erməniləri məyus edib

Bakı, İnteraz - 23 Oktyabr 2013, 02:48

Gürcüstanın Poti şəhərində Karate və MMA (qaydasız döyüş) üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan, Ermənistan və Gürcüstandan 200-dən çox idmançı iştirak edib. Azərbaycanı mötəbər yarışda Şəki idmançıları təmsil edib. Komandamız turnirə 14 idmançı və 1 məşqçi ilə qatılıb. Şəki idmançıları karate yarışlarında 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

MMA-da isə idmançılarımız 2 qızıl ,1 gümüş və 1 bürünc medal əldə ediblər. Belə ki, Rəşid Abdullayev 12-13 yaşlı idmançılar arasında karatedə finalda erməni idmançısını udaraq birinci yerə layiq görülüb. Nəriman İbrahimov isə həm yarımfinalda, həm də finalda erməni idmançısına yerini göstərib. Elnur Mahmudov da MMA-da qızıl medal qazanıb. Faiq Bayramov karate yarışlarında erməni idmançısına qalib gələrək bürünc medalı boyunundan asıb. Həmçinin Sabir Mustafazadə və Rafiq İsmayılov da karate yarışlarında 3-cü nəticə göstəriblər. MMA-da isə Nicat Səlimovbürünc,Sənan Məhərrəmov isə gcümüş medal qazanıb.