Boks üzrə Azərbaycan millisinin baş məşqçisi istefa verdiyini açıqlayıb

Şirinov göstərilən etimad və dəstəyə görə federasiyaya, eləcə də komandadakı həmkarlarına təşəkkürünü bildirib...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Iyul 2019, 16:15

Vaqif Şirinov boks üzrə Azərbaycan milli komandasının baş məşqçi postundan istefa verib.

 

İnterAz xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü şəxsi "Facebook" səhifəsində yazıb. O, Azərbaycan Boks Federasiyasının dəvəti ilə 2 ilədək yeniyetmələr və 1 ilədək əsas komandada çalışdığı işindən ayrıldığını açıqlayıb.

 

Şirinov göstərilən etimad və dəstəyə görə federasiyaya, eləcə də komandadakı həmkarlarına təşəkkürünü bildirib.