UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 10 Iyul 2019, 08:55

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

 

İnterAz xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma təşkil olunub. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi Qazaxıstan “Astana”sı Rumıniya təmsilçisi ÇFR-i qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

 

Günün ilk 5 oyununda tərəflərdən hansısa biri qalib gəlibsə, son 3 matçda heç-heçə qeydə alınıb.

 

Çempionlar Liqası

 

I təsnifat mərhələsi, ilk oyunlar

 

9 iyul

 

17:00. “Astana” (Qazaxıstan) – ÇFR (Kluj, Rumıniya) - 1:0

 

18:00. “Ararat-Armenia” (Ermənistan) - AIK (İsveç) - 2:1

 

20:00. HİK (Finlandiya) – “HB Torshavn” (Farer adaları) - 3:0

 

20:00. “Nımme Kalyu” (Estoniya) – “Şkendiya” (Makedoniya) - 0:1

 

21:45. “Sarayevo” (Bosniya və Herseqovina) – “Seltik” (Şotlandiya) - 1:3

 

22:00. “Düdelanj” (Lüksemburq) – “Valletta” (Malta) - 2:2

 

22:00. “Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya) - 0:0

 

22:00. TNS (Uels) – “Ferronikeli” (Kosovo) - 2:2

 

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” I təsnifat mərhələsində Albaniya “Partizani”si ilə ilk oyununu iyulun 10-da səfərdə keçirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq.