Messi ESPN versiyasına görə ilin futbolçusu seçilib

İspaniyanın "Barselona" komandası və Argentina millisinin hücumçusu Lionel Messi ESPN versiyasına görə ilin futbolçusu seçilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 12:08

İspaniyanın "Barselona" komandası və Argentina millisinin hücumçusu Lionel Messi ESPN versiyasına görə ilin futbolçusu seçilib.

 

İnterAz RT-yə istinadən xəbər verir ki, bu, mətbu orqanın versiyasına görə ilin ən yaxşı idmançılarının mükafatlandırma mərasimində məlum olub.

 

Ötən mövsümdə Messi "Barselona" ilə İspaniya çempionu olub və Avropa milli çempionatlarının ən yaxşı bombardirinə təqdim edilən "Qızıl buts" ilə təltif olunub.