“Qalatasaray” “Kopenhagen”i sınağa çəkəcək

Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına yekun vurulacaq

Bakı, Tural Səftərov, Vüsal Nəbiyev, İnteraz - 23 Oktyabr 2013, 12:46

Bu gün Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına yekun vurulacaq. İnterAz-ın məlumatına görə, ikinci oyun günündə A, B, C və D qruplarında daha 8 qarşılaşma keçiriləcək.

 

“Qalatasaray” klubu B qrupunun digər təmsilçisi “Kopenhagen”i sınağa çəkəcək. Ötən tur səfərdə “Yuventus”la bərabər qalaraq qrupda ilk xalını qazanan “aslanlar” doğma arenada keçirəcəyi bu oyunda qalib gəlmək istəyir.

 

Qrupda keçirdiyi iki oyunda da qalib gələn lider “Real” isə doğma azarkeşləri qarşısında “Yuventus”u qəbul edəcək. 

 

A qrupunda isə Almaniyada baş tutacaq “Bayer” – “Şaxtyor” matçı daha çox maraq doğurur. Digər oyunlar isə bunlardır:

 

A qrupu

 

"Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya)

 

C qrupu

 

“Anderlext” (Belçika) - PSJ (Fransa)

 

“Benfika” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan)

 

D qrupu

 

MOİK (Rusiya) – “Mançester Siti” (İngiltərə)

 

“Bavariya” (Almaniya) – "Viktoriya" (Çexiya)