APOEL-i "Qarabağ"la ikinci oyuna yeni baş məşqçi çıxaracaq

Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş avqustun 13-də, saat 20:30-da başlayacaq...

Bakı, Aytən Əliyeva, İnteraz - 08 Avqust 2019, 15:53

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Kiprin APOEL klubunun yeni baş məşqçisinin adı dəqiqləşib. 

 

İnterAz-ın məlumatına görə, bu gün italiyalı Paolo Trametsani ilə yollarını ayıran komanda Tomas Dolla anlaşıb. 

 

APOEL almaniyalı mütəxəssislə 2 illik müqavilə imzalayıb. İlk görüşdə “Qarabağ”a 1:2 hesabı ilə uduzan kiprliləri cavab matçına məhz T. Dolla çıxaracaq. 

 

Qeyd edək ki, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş avqustun 13-də, saat 20:30-da başlayacaq.