Azərbaycan güləşçiləri Qran-priyə 6 medalla başlayıblar

İkinci yarış günündə ilk medalçılar müəyyənləşib...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Avqust 2019, 08:45

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turniri davam edir.

 

İnterAz-ın məlumatına görə, ikinci yarış günündə ilk medalçılar müəyyənləşib. 

 

Sərbəst güləş üzrə yarışda Azərbaycan millisinin üzvlərindən Şamil Zubairov (92 kq) qızıl, Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Rəşad Yusifli (79 kq) isə bürünc medal qazanıb.

 

Yunan-Roma güləşçilərinin mübarizəsində Elman Muxtarov (63 kq) çempion olubsa, onun finalda məğlub etdiyi komanda yoldaşı Murad Məmmədov, həmçinin İslambek Dadov (72 kq) ikinci yeri tutub.