“Beşiktaş” Yevgeni Konoplyanka və Pedro Reboşunu transfer edib

Portuqaliyalı müdafiəçi isə icarə əsasında “Beşiktaş”da çıxış edəcək...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Avqust 2019, 10:24

Türkiyənin “Beşiktaş” klubu heyətini iki futbolçu ilə gücləndirib.

 

İnterAz-ın məlumatına görə, Ukrayna millisinin futbolçusu Yevgeni Konoplyanka və portuqaliyalı Pedro Reboşu İstanbul təmsilçisinin uğurları üçün çalışacaq.

 

Y.Konoplyanka Almaniyanın “Şalke” klubundan transfer olunacaq. “Ağ-qaralar” 29 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılıq əldə edib. Üç illik müqavilə imzalayacaq ukraynalı ildə 2 milyon avro qazanacaq.

 

Portuqaliyalı müdafiəçi isə icarə əsasında “Beşiktaş”da çıxış edəcək. O, Fransanın “Genqam” klubundan icarəyə götürülüb.