"Sumqayıt" müdafiəçisi ilə müqaviləyə xitam verib

Adil Nağıyev bu ilin yanvarında "Zirə"dən "Sumqayıt"a keçib...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 09 Avqust 2019, 13:26

"Sumqayıt" klubu futbolçusu Adil Nağıyevlə yollarını ayırıb. 

 

İnterAz klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. "Gənclik şəhəri" təmsilçisi oyunçuya gələcək karyerasında uğurlar arzulayıb. 

 

Qeyd edək ki, Adil Nağıyev bu ilin yanvarında "Zirə"dən "Sumqayıt"a keçib.