Çempionlar Liqasında mövsümünün ən yaxşı qolunun müəllifi müəyyənləşib

İspaniya “Barselona”sının argentinalı hücumçusu “Liverpul”la mayın 1-də keçirilən yarımfinalda vurduğu qol ən yaxşı seçilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Avqust 2019, 16:16

Çempionlar Liqasında 2018/19 mövsümünün ən yaxşı qolu müəyyənləşib.

 

İnterAz-ın məlumatına görə, UEFA-nın azarkeşlər arasında apardığı səsvermənin nəticələrinə əsasən qalib adına Lionel Messi yiyələnib.

 

İspaniya “Barselona”sının argentinalı hücumçusu “Liverpul”la mayın 1-də keçirilən yarımfinalda vurduğu qol ən yaxşı seçilib.

 

Qeyd edək ki, “Barselona” həmin matçda 3:0 hesabı ilə qalib gəlib.