"Qarabağ"ın potensial rəqibi aparıcı futbolçusu ilə müqaviləni yeniləyib

Mərakeşli oyunçu 2016-cı ildən Hollandiya klubunun formasını geyinir...

Bakı, Aytən Əliyeva, İnteraz - 10 Avqust 2019, 11:44

UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibi olan Hollandiya təmsilçisi “Ayaks” futbolçusu Hakim Ziyeş ilə müqavilənin müddətini uzadıb. 

 

İnterAz-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayına qədər Amsterdam təmsilçisinin şərəfini qoruyacaq. Mərakeşli oyunçu 2016-cı ildən Hollandiya klubunun formasını geyinir. 

 

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Kipr APOEL-ini keçəcəyi təqdirdə, PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisi Nikosiyadakı ilk görüşdə 2:1 hesablı qələbə qazanıb. "Ayaks" isə Yunanıstandakı qarşılaşmadan heç-heçə ilə (2:2) qayıdıb. ÇL-in III təsnifat mərhələsinin cavab matçları avqustun 13-də olacaq.