Xorvatiya millisinin yarımmüdafiəçisi "Bavariya"ya keçir

"Bavariya"nın icarə haqqı üçün "İnter"ə 5 milyon avro ödəyəcəyi bildirilib...

Bakı, Cavid Həsənzadə, , İnteraz - 10 Avqust 2019, 15:24

İtaliya "İnter"inin və Xorvatiya millisinin futbolçusu İvan Perişiç Almaniya təmsilçisi "Bavariya"ya keçməyə çox yaxındır.

 

İnterAz Report-a istinadən xəbər verir ki, Münhem klubu 30 yaşlı yarımmüdafiəçini icarəyə götürmək üçün klubu ilə razılıq əldə edib.

 

Almaniya çempionu mövsümün sonunda Perişiçi satın almaq hüququna da malikdir. "Bavariya"nın icarə haqqı üçün "İnter"ə 5 milyon avro ödəyəcəyi bildirilib. Münhenlilər mövsümün sonunda xorvatiyalı oyunçunu 20 milyon avroya heyətinə qata bilər.

 

Qeyd edək ki, İvan Perişiç 2015-ci ildən "İnter"in formasını geyinir. Xorvatiya Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən biridir. Zaqrebdəki “Maksimir” stadionunda baş tutan ilk turdakı oyun rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Seçmə mərhələnin VI turunda keçiriləcək Azərbaycan - Xorvatiya matçı sentyabrın 9-da saat 20:00-da "Bakcell Arena"da başlayacaq.