“Barselona” “Napoli”ni darmadağın edib

ABŞ-ın Enn-Arbor şəhərinin "Miçiqan" stadionunda baş tutan görüş 4:0 hesabı ilə katalonların xeyrinə yekunlaşıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Avqust 2019, 09:24

İspaniyanın "Barselona" klubu yoldaşlıq oyununda İtaliya "Napoli"sini darmadağın edib.

 

İnterAz xəbər verir ki, ABŞ-ın Enn-Arbor şəhərinin "Miçiqan" stadionunda baş tutan görüş 4:0 hesabı ilə katalonların xeyrinə yekunlaşıb.

 

Oyunda bütün qollar ikinci hissədə vurulub. Luis Suares dubl etdiyi halda, Usman Dembele və Antuan Qrizmann hərəyə bir dəfə fərqlənib. Bu həm də Qrizmannın yeni komandasında ilk qolu olub.

 

Yoldaşlıq oyunu (klublar)

 

"Napoli" - "Barselona" - 0:4

 

Qollar: 0:1 – Suares – 48, 0:2 – Qrizmann – 56, 0:3 – Suares – 58, 0:4 – Dembele – 63.