Eden Hazard ağır zədələnib

Futbolçunun ombadan aldığı zədə təxminən bir aya sağalacaq...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Avqust 2019, 09:40

"Real"ın yeni transferi və Belçika millisinin yarımmüdafiəçisi Eden Hazard zədə səbəbindən üç-dörd həftə ərzində baş tutacaq oyunları buraxa bilər.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, futbolçunun ombadan aldığı zədə təxminən bir aya sağalacaq. Bu səbəbdən, futbolçu İspaniya çempionatının ilk üç turunda "Selta", "Valladolid" və "Villarreal" a qarşı oyunları buraxacaq.

 

Ayrıca, oyunçu Avro-2020-nin seçmə turnirində Belçika millisinin San Marino və Şotlandiyaya qarşı matçlarını buraxmaq riski ilə də üzləşib.