Konte İtaliyanın yeni hökumətini formalaşdırıb

Koalisiyaya "Beş Ulduzun Hərəkatı" və Demokrat Partiyası daxil olacaq...

Bakı, Aytən Əliyeva, İnteraz - 05 Sentyabr 2019, 11:16

 İstefa verən İtaliyanın Baş naziri Cuzeppe Konte yeni hakim koalisiya yaratmaq barədə razılığa gəlib.

 

İnterAz xəbər verir ki, Konte əvvəlki kimi hökumət başçısı postunu tutmağa davam edəcək.

 

Konte Nazirlər Kabinetinin yeni tərkibini İtaliya prezidenti Sercio Mattarellaya təqdim edib.

 

Koalisiyaya "Beş Ulduzun Hərəkatı" və Demokrat Partiyası daxil olacaq.

 

Yeni nazirlərin bu həftə andiçmə mərasimi keçiriləcək.