"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsi açıqlanıb

Baş məşqçi Qurban Qurbanov siyahıya 25 futbolçu daxil edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 05 Sentyabr 2019, 16:24

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.

 

İnterAz qurumun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov siyahıya 25 futbolçu daxil edib. Onlardan 11-i legionerdir. 47 yaşlı mütəxəssis təsnifat mərhələləri ilə müqayisədə qapıçı Nicat Mehbalıyevi yeni qolkiper Asmir Beqoviçlə əvəzləyib.

 

Qapıçılar: 1. Asmir Beqoviç (Bosniya və Hersoqovina) 13. Vaqner da Silva (Braziliya), 12. Şahrudin Məhəmmədəliyev, 95. Məmməd Hüseynov

 

Müdafiəçilər: 23. Fayçal Rerras (Belçika), 3. Ailton Silva (Braziliya), 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov, 5. Maksim Medvedev

 

Yarımmüdafiəçilər: 9. Xayme Romero (İspaniya), 21. Hacıağa Hacılı, 20. Riçard Almeyda, 7. Araz Abdullayev, 17. Abdullah Zubir (Fransa), 6. Simeon Slavçev (Bolqarıstan), 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç (Xorvatiya), 8. Miçel, 10. Dani Kintana (Hər ikisi İspaniya) , 2. Qara Qarayev. 71. Tural Bayramov

 

Hücumçular: 99. Maqaye Geye (Fransa), 11. Mahir Emreli

 

Qeyd edək ki, "Qarabağ" A qrupunda İspaniyanın "Sevilya", Kiprin APOEL və Lüksemburqun "Düdelanj" komandaları ilə qarşılaşacaq.