Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Azərbaycan təmsilçilərindən yalnız Murad Allahverdiyev medalı təmin edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Sentyabr 2019, 10:43

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilib.

 

İnterAz-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən yalnız Murad Allahverdiyev medalı təmin edib. 

 

81 kq çəkidə mübarizə aparan boksçu belaruslu Raman Kazyankova qalib gəlib - 4:0 (30:26, 30:26, 30:26, 30:26, 28:28) hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib.

 

Azərbaycanlı boksçu finala vəsiqə üçün rusiyalı İlya Boqatıryovla döyüşəcək.