Azərbaycan Premyer Liqasındada V turun oyun cədvəli məlum olub

V turun açılış matçında “Sumqayıt” “Sabah”ı qəbul edəcək...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 09 Sentyabr 2019, 16:17

Futbol üzrə Azərbaycan Premyer Liqasındada V turun oyun cədvəli məlum olub.

 

İnterAz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 3 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

 

V turun açılış matçında “Sumqayıt” “Sabah”ı qəbul edəcək. Tura “Zirə” – “Qarabağ” dueli ilə yekun vurulacaq. 

 

21 sentyabr (şənbə)

 

17:30. “Sumqayıt” – “Sabah”

“Kapital Bank Arena”

 

19:45. “Səbail” – “Qəbələ”

“ASCO Arena”, 

 

22 sentyabr (bazar)

 

18:30. “Neftçi” – “Keşlə”

“Bakcell Arena”

 

23 sentyabr (bazar ertəsi)

 

19:00. “Zirə” – “Qarabağ”

 

Zirə İdman Kompleksinin stadionu