Həbib Nurməhəmmədov UFC reytinqində ikinci olub

Nurməhəmmədov karyerasında 28 döyüş keçirib...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Sentyabr 2019, 08:44

Mütləq döyüş çempionatının (UFC) qalibi, rusiyalı yüngül çəkili idmançı Həbib Nurməhəmmədov təşkilatın reytinq siyahısında ikinci yerdə qərarlaşıb. 

 

İnterAz-ın məlumatına görə, bu barədə UFC-nin mətbuat xidmətinə istinadən TASS bildirib.

 

Əbu-Dabidə yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov ilə təşkilatın müvəqqəti çempionu Dastin Porye arasında təkbətək döyüş rusiyalı idmançının vaxtından əvvəl qələbəsi ilə başa çatıb. Üçüncü raundda Rusiya idmançısı amerikalının müqavimətini qırıb və boğucu fəndlər tətbiq etməklə qələbə qazanıb.

 

Reytinq siyahısında birinci yeri amerikalı Con Cons tutmaqda davam edir. Siyahıda üçüncü yerdə amerikalı Henri Sexudo qərarlaşıb.

 

Nurməhəmmədov karyerasında 28 döyüş keçirib.